...

Türkiyədə universitetlərə rektorların təyin edilməsi təxirə salınıb

Dünya xəbərləri Materials 26 İyul 2016 12:02 (UTC +04:00)
Türkiyədə universitetlərə yaxın vaxtlarda gözlənilən rektorların təyin edilməsi təxirə salınıb.
Türkiyədə universitetlərə rektorların təyin edilməsi təxirə salınıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə universitetlərə yaxın vaxtlarda gözlənilən rektorların təyin edilməsi təxirə salınıb.

Bu barədə Trend "Milliyət" qəzetinə istinadən məlumat verir.

İyulun 26-28-də gözlənilən təyinatlar Fətullah Gülən terror təşkilatı ilə mübarizə çərçivəsində təxirə salınıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti