...

İstanbulun sabiq valisi saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 26 İyul 2016 11:30 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu saxlanılıb.
İstanbulun sabiq valisi saxlanılıb  (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu saxlanılıb.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Onu evində axtarış aparıldıqdan sonra saxlayıblar.

Keçmiş vali Fətullah Gülənin terror təşkilatına dəstək verməkdə ittiham edilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti