...

Türkiyə Gülən hərəkatına qarşı mübarizəni ölkə hüdudlarından kənarda genişləndirir

Dünya xəbərləri Materials 26 İyul 2016 12:25 (UTC +04:00)
Türkiyə Fəthullah Gülən hərəkatına qarşı mübarizəni ölkə hüdudlarından kənarda genişləndirir.
Türkiyə Gülən hərəkatına qarşı mübarizəni ölkə hüdudlarından kənarda genişləndirir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Fətullah Gülən hərəkatına qarşı mübarizəni ölkə hüdudlarından kənarda genişləndirir.

Trend-in məlumatına görə, bu barədə "Yeni Şəfəq" qəzeti diplomatik mənbələrə istinadən xəbər verir.

Türkiyədə terror təşkilatı elan edilən F.Gülən təşkilatına qarşı mübarizə çərçivəsində Ankaranın Hollandiyadan F.Gülən tərəfdarlarının bütün təhsil müəssisələrinin bağlanmasını tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti