...

Türkiyədə prezidentin hərbi müşaviri vəzifəsi ləğv edilir

Dünya xəbərləri Materials 27 İyul 2016 11:31 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkə Prezidentinin hərbi müşaviri vəzifəsi ləğv edilir
Türkiyədə prezidentin hərbi müşaviri vəzifəsi ləğv edilir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkə Prezidentinin hərbi müşaviri vəzifəsi ləğv edilir. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verilir.

Bundan başqa, Ankarada prezident sarayında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Hərbi müşavir vəzifəsinin ləğv edilməsinin əsas səbəbi kimi Türkiyədə hərbi çevrilişə cəhddən sonra ölkə Prezidentinin baş hərbi müşaviri Əli Yazıcının saxlanılması göstərilir. O, qiyamda iştirak edib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti