...

"Volkswagen" ən çox avtomobil istehsal edib

Dünya xəbərləri Materials 29 İyul 2016 13:02 (UTC +04:00)
Almaniyanın "Volkswagen" şirkəti bu ilin altı ay ərzində dünyada ən çox avtomobil istehsalçısına çevrilib.
"Volkswagen" ən çox avtomobil istehsal edib

Bakı. Elçin Hüseynov - Trend:

Almaniyanın "Volkswagen" şirkəti bu ilin altı ay ərzində dünyada ən çox avtomobil istehsalçısına çevrilib. Bu barədə Trend "Autocar" portalına istinadən xəbər verir.

Yanvar-iyun ayları ərzində şirkət 5,27 milyon avtomobil istehsal edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Yaponiyanın "Toyota" şirkəti isə yarım il ərzində 5 milyon (keçən illə müqayisədə 0,6 % daha az) avtomobil istehsal edib. Reytingin üçüncü yerində ABŞ-ın "GM" konserni durur. Amma bu şirkətin istehsalı barədə dəqiq rəqəmlər göstərilmir.

"Volkswagen" şirkəti həmçinin bu il ərzində dünyada satılan avtomobillər üzrə də birinci yerdədir - 5,2 milyon. İkinci yerdə (4,99 milyon) yenə "Toyota" (o cümlədən Lexus, Daihatsu и Hino markaları ilə) şirkəti gəlir. Reytingin üçüncüsü isə "GM"dir - 4,76 milyon avtomobil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti