...

Numan Kurtulmuş Qərbin Ankaraya təzyiqi artıracağını istisna etmir

Dünya xəbərləri Materials 29 İyul 2016 15:11 (UTC +04:00)
Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş hərbi çevrilişə cəhddən sonra Qərb ölkələri tərəfindən Ankaraya təzyiqin artacağını istisna etmir.
Numan Kurtulmuş Qərbin Ankaraya təzyiqi artıracağını istisna etmir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş hərbi çevrilişə cəhddən sonra Qərb ölkələri tərəfindən Ankaraya təzyiqin artacağını istisna etmir.

Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, o deyib ki, Fətullah Gülən hərəkatı Qərb ölkələrində hər vəchlə anti-Türkiyə təbliğatı aparmağa çalışacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti