...

Türkiyənin Baş naziri terror aktının baş verdiyi vilayətə gedəcək

Dünya xəbərləri Materials 18 Avqust 2016 13:49 (UTC +04:00)
Türkiyənin Baş naziri Binali Yıldırım və milli müdafiə naziri Fikri İşıq terror aktının baş verdiyi Elazığ vilayətinə gedəcəklər.
Türkiyənin Baş naziri terror aktının baş verdiyi vilayətə gedəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş naziri Binali Yıldırım və milli müdafiə naziri Fikri İşıq terror aktının baş verdiyi Elazığ vilayətinə gedəcəklər.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, bu gün Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 140 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Türkiyədə partlayış: 3 ölü, 140-dan çox yaralı (YENİLƏNİB-3)  (FOTO/VİDEO)

Türkiyədə partlayış: 3 ölü, 140-dan çox yaralı (YENİLƏNİB-3) (FOTO/VİDEO)

Milli müdafiə nazirinin sözlərinə görə, terror aktının arxasında PKK terror təşkilatı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti