Daşkənd. Dəmir Əzizov - Trend:
Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının birgə iclasında Mərkəzi Seçki Komissiyasına (MSK) 3 ay ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi tapşırılıb.
Bu barədə Trend-ə Özbəkistan parlamentinin mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, Özbəkistan Prezidenti İslam Kərimov insult keçirdikdən sonra sentyabrın 2-də vəfat etmişdi.