Bakı. Trend:
Ermənistan prezidenti Serj Sarkisyan hökumətdə kadr dəyişiklikləri edib.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Vardan Aramyan maliyyə naziri, Vaan Martirosyan nəqliyyat və rabitə naziri, İqnati Arakelyan kənd təsərrüfatı naziri, Aşot Manukyan isə energetika və təbii sərvətlər naziri təyin edilib.
Bundan başqa, Aleksan Arutyunyan isə Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.