...

Ruhani Rusiyanın bu fikrini dəstəklədi

Dünya xəbərləri Materials 15 Noyabr 2016 12:14 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib.
Ruhani Rusiyanın bu fikrini dəstəklədi

Bakı. Trend:

İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib.

V.Matviyenko H.Ruhanidən sitat gətirərək bildirib: "Artıq ilk addım atılıb, hər iki tərəfdən turistlərin sayı artıb. Biz bu rejimin daha da sadələşdirilməsinə, mərhələli şəkildə vizasız rejimə keçməyə hazırıq".

Ötən gün V.Matviyenko bu barədə iki ölkənin konsul xidmətləri arasında məsləhətşəmələrin davam etdiyini demişdi.

Xatırladaq ki, 2015-ci ildə Rusiya və İran arasında viza rejiminin sadələşdirilməsi haqqında razılıq əldə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti