...

İslam Kərimovun heykəlinin yaradılması üzrə beynəlxalq müsabiqə elan olunub

Dünya xəbərləri Materials 12 Dekabr 2016 14:33 (UTC +04:00)
Özbəkistanın ilk pezidenti İslam Kərimovun heykəlinin yaradılması üzrə beynəlxalq yaradıcılıq müsabiqəsi elan olunub.
İslam Kərimovun heykəlinin yaradılması üzrə beynəlxalq müsabiqə elan olunub

Bakı. Trend:

Özbəkistanın ilk pezidenti İslam Kərimovun heykəlinin yaradılması üzrə beynəlxalq yaradıcılıq müsabiqəsi elan olunub.

Özbəkistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu, ölkə prezidenti vəzifəsini icra edən Şövkət Mirziyayevin qərarı ilə həyata keçiriləcək.

Səfirliyin məlumatında bildirilir:

"Müstəqil dövlətimizin banisi, böyük dövlət və siyasi xadimi olan, özbək xalqının görkəmli oğlu, Özbəkistan Respublikasının İlk Prezidenti İslam Abduqəniyeviç Kərimov Vətənimizi totalitar quruluşun buxovlarından azad edib, o zamanlar uçurum kənarında qalan ölkəmizi dirçəltmişdir. Son dərəcə çətin və qeyri-sabit şəraitdə, müxtəlif çətinliklərə və əngəllərə baxmayaraq, O, tarixən qısa bir dövr ərzində Özbəkistanı davamlı templərlə addımlayan, dinamik inkişaf edən müasir demokratik dövlətə çevirdi.

Özbəkistan Respublikasının ilk Prezidenti öz çoxşaxəli siyasi fəaliyyəti, nəcib insani keyfiyyətləri ilə Vətənimizin çoxəsrlik tarixində parlaq və silinməz iz qoyub. O, görkəmli şəxsiyyət və böyük dövlət xadimi kimi məşhurlaşaraq, nəinki Özbəkistanda, həm beynəlxalq aləmdə də böyük hörmət və nüfuza malik olmuşdur.

Soydaşlarımızın çoxsaylı təkliflərini, xalqımızın iradəsini, Özbəkistan Respublikasının İlk Prezidenti Qəhraman İslam Abduqəniyeviç Kərimovun, ölkənin inkişafının, milli maraqlarımızın təmin edilməsində böyük tarixi xidmətlərini nəzərə alaraq, həm də onun əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə:

Özbəkistan Respublikasının Birinci Prezidenti, böyük dövlət və siyasi xadim İslam Abduqəniyeviç Kərimovun heykəlinin yaradılması üzrə beynəlxalq yaradıcılıq müsabiqəsinin təşkili barədə Özbəkistan rəssamlıq Akademiyası, Mədəniyyət və İdman Nazirliyi, Daşkənd şəhər hakimiyyəti, Elmlər Akademiyası, Respublika Mənəviyyat Mərkəzi, Özbəkistan yazıçılar ittifaqı və geniş ictimaiyyət tərəfindən irəli sürülən təklif təsdıq edilsin (bundan sonra - Beynəlxalq müsabiqə).

Əlavəyə əsasən beynəlxalq müsabiqəsinin hazırlanması və keçirilməsi üzrə Təşkilat komitəsinin tərkibi təsdiq edilsin (bundan sonra -Təşkilat komitəsi)

Təşkilat komitəsi (A.Aripov) tərəfindən yaxın on beş gün müddət ərzində tədbirlər planı xərclər siyahısı, əsasnamə, beynəlxalq müsabiqənin proqramı və reqlamenti hazırlansın və təsdiq edilsin.

Müəyyən edilsin ki, Beynəlxalq müsabiqənin təsdiq edilmiş xərclər siyahısına əsasən, onun hazırlanması və təşkili ilə bağlı xərclər, Özbəkistan rəssamlıq Akademiyasının 2016-2017-ci illər üzrə xərclər siyahısında nəzərdə tutulmuş büdcə vəsaitləri hesabına ödənilir.

Özbəkistan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəlikləri və xarici dövlətlərin Özbəkistan Respublikasındakı diplomatik nümayəndəlikləri vasitəsilə İyirmi gün müddət ərzində müvafiq xarici yaradıcı təşkilatlara Özbəkistan Rəssamlıq Akademiyası tərəfindən təqdim olunan Beynəlxalq müsabiqə haqqnda və iştirak qaydaları barədə məlumatların verilməsi Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təmin edilsin.

Təşkilat komitəsinin sorğularına əsasən Beynəlxalq müsabiqənin keçirilməsi zamanı tərcüməçilərin iştirakı Ali və Orta İxtisas Təhsili Nazirliyi təfindən təmin edilsin.

Özbəkistan Rəssamlıq Akademiyasının sorğularına əsasən Beynəlxalq müsabiqə çərçivəsində xarici ölkələrdən gətirilən yüklər gömrük ödənişlərindən azad edilsin.

Beynəlxalq müsabiqənin xarici iştirakçılarına giriş vizalarının rəsmiləşdirilməsi konsulluq və digər rüsumlar tutulmadan Xarici İşlər Nazirliyi tərəfindən təmin edilsin.

Beynəlxalq müsabiqəsinin xarici iştirakçılarını və müsabiqənin keçirilməsinə aid olan yükləri bütün növ ödənişlərdən “Özbəkistan hava yolları” Milli aviaşirkəti tərəfindən azad edilsin.

Beynəlxalq müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbirlərin keçirildiyi yerlərdə ictimai asayişi, həmdə iştirakçı və qonaqlara xidmət edən avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyi Daxili İşlər Nazirliyi tərəfindən təmin edilsin.

Beynəlxalq müsabiqənin keçirilməsi proseslərinin geniş şəkildə işıqlandırılması Özbəkistan Milli Teleradio Şirkəti, Özbəkistan Milli İnformasiya Agentliyi və digər kütləvi informasiya vasitələrinə tövsiyə edilsin.

Bu qərarın icrasına nəzarəti Özbəkistan Baş nazirinin müavini A.Aripova həvalə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti