...

İran aviabazasını Rusiyaya açacaqmı?

Dünya xəbərləri Materials 27 Dekabr 2016 20:03 (UTC +04:00)
İran Rusiyanın Həmədan aviabazasından istifadə etməsi məsələsinə baxmağa hazırdır.
İran aviabazasını Rusiyaya açacaqmı?

Bakı. Trend:

Hazırda Moskva və Tehran arasında Rusiya hərbi təyyarələrinin Həmədan aviabazasından uçuşlarının bərpa olunması barədə danışıqlar aparılmır.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu sözlər "Russia Today" telekanalına müsahibəsində İranın müdafiə naziri Hüseyn Dehqan deyib.

Onun sözlərinə görə, İranın həmin aviabazanı Rusiyanın sərəncamına verməsi “qətiyyən düzgün deyil”.

Nazir deyib: “Bu, bizim Konstitusiyaya ziddir. Amma biz Rusiya ilə əməkdaşlıq etdiyimiz üçün onlara hərbi təyyarələrin uçuşu ilə bağlı müəyyən güzəştlər vermişik. Gələcəkdə Rusiya eyni təkliflə müraciət etsə, bu məsələyə yenidən baxacağıq.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti