...

Türkiyədə terror aktı: 2 ölü, 18 yaralı (YENİLƏNİB-3) (FOTO)

Dünya xəbərləri Materials 18 Fevral 2017 06:16 (UTC +04:00)
Türkiyənin cənubunda partlayış baş verib
Türkiyədə terror aktı: 2 ölü, 18 yaralı (YENİLƏNİB-3) (FOTO)

Bakı. Trend:

Türkiyənin Şanlıurfa vilayətində baş vermiş partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, 18 nəfər isə xəsarət alıb. Bu barədə Trend Milliyət qəzetinə istinadən xəbər verir.

X X X

22:44

Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Trend-in məlumatına görə, partlayış hakim və vəkillərin qaldığı yaşayış korpusunun yaxınlığında qeydə alınıb.

Şanlıurfa valisi Güngör Azim Tuna hadisə nəticəsində 3 yaşlı uşağın öldüyünü, 15 nəfərin yaralandığını bildirib.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti