Bakı. Trend:
Moskva Metropoliteni 8 Mart - Beynəlxalq Qadınlar Günü gözəllik salonuna çevriləcək.
Trend-in Moskva Nəqliyyat Departamentinə istinadən verdiyi məlumata görə, Moskva Mərkəzi Halqasının stansiya və qatarlarında, həmçinin avtobusların salonlarında audiotəbriklər səsləndiriləcək.
Şəhərətrafı dəmiryol stansiyalarında isə qadınlara gül və şokolad hədiyyə olunacaq.