...

8 mart üçün gətirilən güllər oğurlandı

Dünya xəbərləri Materials 8 Mart 2017 16:23 (UTC +04:00)
Latviyanın paytaxtı Riqa şəhərinə maraqlı oğurluq hadisəsi baş verib.
8 mart üçün gətirilən güllər oğurlandı

Bakı. Trend:

Latviyanın paytaxtı Riqa şəhərinə maraqlı oğurluq hadisəsi baş verib.

Trend xarici KİV-lərə istinadən məlumat verir ki, martın 8-ə keçən gecə Riqada yerləşən gül mağazalarının birindən xüsusi olaraq 8 mart üçün gətirilən bütün roza gülləri oğurlanıb.

Oğrular mağazada olan digər güllərə toxunmayıb, yalnız roza güllərini son ədədinə qədər aparıblar. Məlumata görə, mağazaya dəymiş zərər 1.6 min avro dəyərində qiymətləndirilir.

Oğurluq hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti