...

Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

Dünya xəbərləri Materials 29 Mart 2017 22:14 (UTC +04:00)
İstanbul məhkəməsi Türkiyə Turizm Agentlikləri Birliyinin (TÜRSAB) haqsız rəqabət haqqında iddiası ilə bağlı booking.com saytının fəaliyyətini Türkiyədə dayandırılması barədə qərar çıxarıb
Booking.com saytının fəaliyyəti Türkiyədə dayandırıldı

Bakı. Trend:

İstanbul məhkəməsi Türkiyə Turizm Agentlikləri Birliyinin (TÜRSAB) haqsız rəqabət haqqında iddiası ilə bağlı booking.com saytının fəaliyyətini Türkiyədə dayandırılması barədə qərar çıxarıb.

Trend-in məlumatına görə, TURSAB hesab edir ki, booking.com rəqabət haqqında qanunu pozur və servisin fəaliyyətindən yerli turizm agentlikləri əziyyət çəkir. Eyni zamanda Assosiasiyanın vəkilləri bildiriblər ki, qadağa qüvvəyə minədən sonra qadağadan öncə servis vasitəsilə Türkiyə mehmanxanalarında bron etmiş müştərilərin qeydiyyatı ləğv edilməyəcək və müştərilər otellərə məskunlaşa biləcəklər.

Qeyd edək ki, hazırda booking.com saytına Türkiyədən giriş açıqdır. Faktiki bloklanma haqqında qərar İnformasiya Texnologiyaları üzrə Şura tərəfindən qəbul olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti