...

AŞ PA sədri: "Suriyaya səfərim yanlış addım idi"

Dünya xəbərləri Materials 24 Aprel 2017 14:28 (UTC +04:00)
"Nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edirəm".
AŞ PA sədri: "Suriyaya səfərim yanlış addım idi"

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Pedro Aqramunt qurumun yaz sessiyasının açılışında bəyan edib ki, Suriyaya səfəri yanlış addım idi.

Trend-in məlumatına görə, P.Aqramunt qeyd edib: "Nəticəsini nəzərə alaraq, bu səfərin yanlış olduğunu qəbul edirəm".

O əlavə edib ki, Assambleyada da bu səfər narazılıqla qarşılanıb: "Bəyan etməliyəm ki, bu səfər təşkilatımızı çətin suallar qarşısında qoydu. Bu səhər Büronun iclasında həmin səfərə aydınlıq gətirdim".

Xatırladaq ki, rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti AŞ PA sədri P.Aqramuntla birgə mart ayında Suriyaya səfər etmiş, Prezident Bəşər Əsədlə və sakinlərlə görüşlər keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti