...

Səudiyyə Ərəbistanı naziri Peterburq forumunda iştirak etmək üçün dəvət edilib

Dünya xəbərləri Materials 25 Aprel 2017 02:05 (UTC +04:00)
Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün dəvət edilib
Səudiyyə Ərəbistanı naziri Peterburq forumunda iştirak etmək üçün dəvət edilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün dəvət edilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Rusiya-Qətər hökumətlərarası komissiyasında iştirak etmək üçün Dohaya gələn Novak bildirib: "Səudiyyə Ərəbistanının energetika naziri Peterburq iqtisadi forumunda iştirak etmək üçün dəvət olunub".

Peterburq beynəlxalq iqtisadi forumu 2017-ci ilin iyunun 1-3-də Sankt-Peterburqda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti