Bakı. Trend:
Kiyevdə Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs yaralanıb.
Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayina DİN-in mətbuat katibi Artyom Şevçenko bildirib.
Onun sözlərinə görə, yaralanan şəxs Çeçenistan sakini Adam Osmaevdir.
"Osmaevə və onun həyat yoldaşı Əminə Akuevaya tapançadan atəş açılıb", - deyə Artyom Şevçenko bildirib.
Qeyd edək ki, Adam Osmaev Vladimir Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinir.