...

Banqladeşdə ayaqqabı fabrikində partlayış: 9 ölü

Dünya xəbərləri Materials 4 İyul 2017 02:03 (UTC +04:00)
Banqladeşdə ayaqqabı tikişi fabrikində istilik qazanının partlaması nəticəsində azı 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb
Banqladeşdə ayaqqabı fabrikində partlayış: 9 ölü

Bakı. Trend:

Banqladeşdə ayaqqabı tikişi fabrikində istilik qazanının partlaması nəticəsində azı 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda bdnews24 portalı xəbər verir.

Partlayış nəticəsində tikiş fabrikinin 4 mərtəbəli binası qismən dağılıb.

Verilən məlumata görə, qurbanların sayı arta bilər. Hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti