...

Səudiyyə Ərəbistanında güclü yanğın (VİDEO)

Dünya xəbərləri Materials 16 Avqust 2017 13:53 (UTC +04:00)
Avqustun 15-dən 16-na keçən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərinin tarixi hissəsində güclü yanğın baş verib.
Səudiyyə Ərəbistanında güclü yanğın (VİDEO)

Bakı. Trend:

Avqustun 15-dən 16-na keçən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərinin tarixi hissəsində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 bina zərər görüb. Yaxınlıqdakı binaların sakinləri təxliyə olunub.

Şəhərin əl-Bələd rayonunda qeydə alınmış yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Ciddənin tarixi hissəsi 2014-cü ildə YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti