...

Pentaqon rəhbəri Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 19 Avqust 2017 09:58 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyəyə səfər edəcək.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata əsasən, C.Mettisin səfəri avqustun 23-də baş tutacaq.

Səfər çərçivəsində Pentaqon rəhbəri Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması, eləcə də PKK-ya qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti