Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək "Twitter" hesabında yazıb.
O qeyd edib ki, hazırda bütün diqqət hakim Ədalət və İnkişaf Partiyasında planlaşdırılan islahatlara cəmlənməlidir.
Qeyd edək ki, ötən gün bir sıra KİV-lər Türkiyədə ilin sonunda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumat vermişdi.
Xatırladaq ki, Türkiyədə parlament, bələdiyyə və prezident seçkiləri 2019-cu ildə keçiriləcək.