...

Eyfel qülləsinin ətrafında zirehli divar ucaldılacaq

Dünya xəbərləri Materials 18 Sentyabr 2017 18:41 (UTC +04:00)
Parisdə Eyfel qülləsinin ətrafında şəffaf gülləkeçirməz divarın ucaldılmasına başlanılıb
Eyfel qülləsinin ətrafında zirehli divar ucaldılacaq

Bakı. Trend:

Parisdə Eyfel qülləsinin ətrafında şəffaf gülləkeçirməz divarın ucaldılmasına başlanılıb.

Trend-in məlumatına görə, bu, qüllənin terror hücumlarından qorunması məqsədilə həyata keçirilir.

Zirehli şüşənin qalınlığı 5 santimetr olacaq. Divarın hündürlüyü isə qüllənin 324 metrlik hündülrlüyünə uyğun olaraq 3 metr 24 santimetr təşkil edəcək.

Şəffaf divarlaırn qoyulmasına oktyabrın 5-də başlamaq planlaşdırılır. İşlərin başa çatması 2018-ci ilin iyuluna nəzərdə tutulur.

Maliyyə sənədlərinə görə, divarın ucaldılması ümumilikdə 25 milyon avroya başa gələcək.

Xəbər lenti

Xəbər lenti