Bakı. Trend:
Soçidə səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rusiyalı həmkarı Vladimir Putinə doğum günü münasibətilə it hədiyyə edib.
Trend-in məlumatına görə, TASS bu anın MDB ölkələri dövlət başçılarının sammiti çərçivəsində prezidentlərin görüşü zamanı baş verdiyi barədə xəbər yayıb.
Q.Berdıməhəmmədov itin adının “Vernıy” (Sadiq) olduğunu deyib: “Bizim bir ümumi dostumuz var – dünyada tək olan alabay iti. Bu balaca alabayı bu gün sizə təqdim edirəm”.