...

Nigeriyada "piratlar" dənizçiləri qaçırdı

Dünya xəbərləri Materials 24 Oktyabr 2017 18:29 (UTC +04:00)
Nigeriya sahillərində bir qrup dəniz qulduru Almaniyaya məxsus yük gəmisinə hücum edib
Nigeriyada "piratlar" dənizçiləri qaçırdı

Bakı. Trend:

Nigeriya sahillərində bir qrup dəniz qulduru Almaniyaya məxsus yük gəmisinə hücum edib.

Trend-in məlumatına görə, gəminin altı nəfər heyət üzvü girov götürülüb.

Qeyd olunur ki, gəmiyə səkkiz dəniz qulduru hücum edib.

Girov götürülənlər arasında dörd filiipinli, eləcə də Ukrayna və Macarıstan vətəndaşlarının olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti