...

Yəmənin cənubunda iki terror aktı törədilib

Dünya xəbərləri Materials 5 Noyabr 2017 15:44 (UTC +04:00)
Yəmənin cənubunda, Aden şəhərində iki terror aktı törədilib.
Yəmənin cənubunda iki terror aktı törədilib

Bakı. Trend:

Yəmənin cənubunda, Aden şəhərində iki terror aktı törədilib.

Trend-in "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata əsasən, intiharçılardan biri Adendə Baş Cinayət Axtarışı idarəsinin inzibati ofisinə daxil olub və özünü orada partladıb.

Bunun nəticəsində binada güclü yanğın başlayıb. Mühafizəçilər hücum edənlərə atəş açıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti