...

Rusiyada ən çox qaçırılan avtomobillərin ADLARI açıqlanıb

Dünya xəbərləri Materials 15 Dekabr 2017 13:36 (UTC +04:00)
Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda ən çox qaçırılan avtomobillərin adları açıqlanıb
Rusiyada ən çox qaçırılan avtomobillərin ADLARI açıqlanıb

Bakı. Trend:

Rusiyanın iki ən böyük şəhərində - Moskva və Sankt-Peterburqda ən çox qaçırılan avtomobillərin adları açıqlanıb.

Trend-in məlumatına görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Moskvada ən çox “Land Rover Discovery”, Sankt-Peterburqda isə “Mercedes S-Class” avtomobil oğruları arasında populyardır.

Bundan başqa, paytaxtda “Honda PILOT”, “Toyota Camry” və “Toyota Highlander” avtomobilləri qaçırılır.

Sankt-Peterburqda isə “Lada Granta”, “Jeep Grand Cherokee”, UAZ "Patriot" və “Nissan Almera” ən çox qaçırılan maşınlar arasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti