...

Türkiyədən İsrailə sərt reaksiya

Dünya xəbərləri Materials 5 Yanvar 2018 03:48 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin Fələstinə dair qəbul etdiyi qanun layihəsinə sərt reaksiya verib
Türkiyədən İsrailə sərt reaksiya

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin Fələstinə dair qəbul etdiyi qanun layihəsinə sərt reaksiya verib.

Trend-in məlumatına görə, sənəd bəzi Fələstin məhəllələrin İsrailin idarəçiliyi altına alınmasını mümkün edir.

XİN-dən edilən açıqlamada bildirilir ki, İsrail parlamentinin qəbul etdiyi qərar sülh prosesinə və bölgədə sabitliyə zərər vuran bir addımdır.

Açıqlamada həmçinin İsrail dövləti tərəfindən atılan bu cür addımların BMT Baş Məclisində qəbul edilən Qüdsün tarixi və hüquqi statusunun dəyişdirilməsinin qəbuledilməz olduğuna dair qətnaməyə zidd olduğu qeyd edilir.

“İsrailin bu cür addımlarını təhlükəli hesab edir və rədd edirik",- deyə bəyanatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti