...

Külək İstanbulda dalğaları 4 metrədək qaldırdı, İzmiri "qarışdırdı"

Dünya xəbərləri Materials 18 Yanvar 2018 14:01 (UTC +04:00)
Artıq dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün davam edir.
Külək İstanbulda dalğaları 4 metrədək qaldırdı, İzmiri "qarışdırdı"

Bakı. Rufiz Hafizoğlu - Trend:

Artıq dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün davam edir.

Trend-in məlumatına görə, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin qərarı ilə ötən gün olduğu kimi bu gün də qeyri-sabit hava şəraiti ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb.

Bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək nəticəsində İstanbul sahillərində dalğaların hündürlüyünün 4 metrdən yüksək olduğu bildirilib.

Eyni zamanda Türkiyənin İzmir şəhərində qeyri-sabit hava şəraiti hökm sürür. Burada güclü küləyın şəhərin sahillərində fəsadlara yol açdığı bildirilir.

Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında həftə sonuna qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti