...

Tramp Davosda beynəlxalq problemləri müzakirə edəcək

Dünya xəbərləri Materials 24 Yanvar 2018 06:17 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Şimali Koreya, İran, terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək
Tramp Davosda beynəlxalq problemləri müzakirə edəcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Şimali Koreya, İran, terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.

H.Makmaste bildirib: "Prezident Davosdakı vaxtı bəzi milli təhlükəsizlik məsələlərini, o cümlədən Koreya yarımadasının denuklearizasiyası üzrə beynəlxalq səyləri, bizim İŞİD ilə mübarizə koalisiyamızı müzakirə etməyə sərf edəcək".

Onun sözlərinə görə, bundan əlavə Tramp İranın raket proqramını və bu ölkə ilə "nüvə sazişi qüsurlarını" müzakirə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti