...

İspaniyada ƏMƏLİYYAT: Narkotik daşıyan beynəlxalq qruplaşma saxlanılıb

Dünya xəbərləri Materials 16 Fevral 2018 18:26 (UTC +04:00)
İspaniyada Mərakeşdən Avropa ölkələrinə narkotik vasitələrin daşınması ilə məşğul olan beynəlxalq qruplaşma saxlanılıb
İspaniyada ƏMƏLİYYAT: Narkotik daşıyan beynəlxalq qruplaşma saxlanılıb

Bakı. Trend:

İspaniyada Mərakeşdən Avropa ölkələrinə narkotik vasitələrin daşınması ilə məşğul olan beynəlxalq qruplaşma saxlanılıb.

Trend-in məlumatına görə, ispan polisinin keçirdiyi əməliyyat nəticəsində 16 nəfər tutulub.

Saxlanılan şəxslər arasında İspaniya, Böyük Britaniya və İsveçrə vətəndaşları var.

Qruplaşma üzvləri narkotik satışından əlavə çirkli pulların yuyulması, saxta sənədlərin hazırlanması, nəqliyyat vasitələrinin oğurlanması və digər cinayətlərdə şübhəli bilinir.

Əməliyyat zamanı 600 kiloqrama yaxın narkotik vasitə, silah və 360 min avroya yaxın pul müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti