...

Afrində təqribən 2300 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 2 Mart 2018 10:52 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2295-ə çatıb.
Afrində təqribən 2300 terrorçu məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2295-ə çatıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 73 üzvü məhv edilib.

Əməliyyat çərçivəsində indiyədək 116 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti