...

Kaliforniyada veteranlar evində silahlı şəxs və 3 girov ölü tapılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Mart 2018 08:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında veteranlar evində girov götürülən 3 nəfər və silahlı naməlum şəxs ölü tapılıb.

Trend-in məlumatına görə, binaya hücum edən şəxs özünü və girovları öldürüb.

"Reuters" agentliyinin məlumatına əsasən, girovların hamısı qadın olub.

XXX

00:41

ABŞ-ın Kaliforniya ştatında naməlum silahlı şəxs veteranlar evində 3 nəfəri girov götürüb.

Trend-in məlumtına görə, hadisə yerinə polislər cəlb olunub. Vətəndaşlara veteranlar evinə yaxınlaşmamaq tövsiyə edilib.

Yuntvil şəhərində yerləşən veteranlar evində müharibə iştirakçıları sırasından min nəfərə yaxın ahıl veteran və əlil yaşayır.

Xəbər lenti

Xəbər lenti