...

Tramp naklotik alverçiləri üçün cəzanı sərtləşdirmək istəyir

Dünya xəbərləri Materials 20 Mart 2018 02:15 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkədə narkotik alverçiləri üçün cəzanı ciddi şəkildə sərtləşdirməyi təklif edib.

Trend-in məlumatına görə, bu barədə Donald Tramp narkomaniya probleminin aktual olduğu Nyu-Hempşir ştatında çıxış edərkən bildirib. İnsanlar dövlət başçısının sözlərini alqışlarla qarşılayıb.

O, bildirib: "Biz narkotik alverçiləri ilə daha sərt olmasaq, biz sadəcə olaraq biz vaxt itirəcəyik. Bu sərtliyə edamda daxildir. Bəzi narkotik alverçiləri minlərlə insanın ölümünə səbəb olurlar. Onlar tutulan zaman isə 30 gün, bir il cəza alırlar və ya cərimə ödəyirlər. Əgər siz bir nəfəri öldürsəniz, siz edam olunacaqsınız və ya siz qalan ömrünüzü həbsxanada keçirəcəksiniz".

Xəbər lenti

Xəbər lenti