...

Səfirlər Rusiya XİN-ə çağrılır - NİYƏ?

Dünya xəbərləri Materials 30 Mart 2018 14:41 (UTC +04:00)
Rusiyalı diplomatlara qarşı "Skripalın işi" ilə əlaqədar addım atmış ölkələrin səfirləri nazirliyə çağırılıb.
Səfirlər Rusiya XİN-ə çağrılır - NİYƏ?

Bakı. Trend:

Rusiyalı diplomatlara qarşı "Skripalın işi" ilə əlaqədar addım atmış ölkələrin səfirləri nazirliyə çağırılıb.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-dən bildiriblər.

Səfirlərin çağırılmasının səbəbi isə XİN-dən belə izah edilib: "Həmin ölkə səfirlərinə Rusiyanın etiraz notası təqdim olunacaq və cavab addımları atılacağı elan olunacaq".

Qeyd edək ki, bu gün Polşa, Almaniya, İtaliya, Böyük Britaniya, Serbiya və başqa ölkə səfirləri Rusiya XİN-ə çağırılıb.

Xatırladaq ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti