Bakı. Trend:
Suriyadakı vəziyyətin nizamlanması üzrə növbəti danışıqlar yenə Astanada mayın 14-15-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Alkesandr Lavrentev deyib.
Qeyd edək ki, bu, artıq sayca 9-cu iclas olacaq.
Astanada mütəmadi keçirilən Suriya üzrə danışıqlarda Rusiya, Türkiyə, İran, eləcə də Suriya nümayəndələri iştirak edir.