...

ABŞ-ın "Harry Truman" təyyarə gəmisi Yaxın Şərq bölgəsinə yollanır

Dünya xəbərləri Materials 11 Aprel 2018 07:14 (UTC +04:00)
ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu "Harry Truman" atom təyyarə gəmisi başda olmaqla bu gün Norfolkdan (Virciniya ştatı) nəzarət üçün Yaxın Şərq bölgəsinə yollanacaq
ABŞ-ın "Harry Truman" təyyarə gəmisi Yaxın Şərq bölgəsinə yollanır

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu "Harry Truman" atom təyyarə gəmisi başda olmaqla bu gün Norfolkdan (Virciniya ştatı) nəzarət üçün Yaxın Şərq bölgəsinə yollanacaq.

Trend-in məlumatına görə, bu barədə "TASS"a ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Klo Morqan bildirib.

Təyyarə gəmisini raket kreyseri və dörd esmines müşayiət edəcək. İlkin mərhələdə onlara Almaniya Hərbi Dəniz Qüvvələrinin freqatı qoşulacaq.

Onun sözlərinə görə, hücum qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci və 6-cı donanmalarının operativ məsuliyyət zonalarında fəaliyyət göstərəcək. 5-ci donanmanın məsuliyyət zonasına Hind okeanının qərb hissəsi və Fars Körfəzi daxildir, 6-cı donanma isə Aralıq dənizində yerləşir.

K.Morqan hücum qrupunun bu rayolara gələcəyi dəqiq vaxtı və orada qalacaqları müddəti açıqlamaqdan imtina edib": "Biz bu qrupun hərəkətinin vaxt çərçivəsini müzakirə etməyəcəyik".

Xəbər lenti

Xəbər lenti