...

Türkiyənin müxalif partiyaları Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər

Dünya xəbərləri Materials 24 Aprel 2018 10:40 (UTC +04:00)
Türkiyənin müxalif partiyaları Abdullah Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər.
Türkiyənin müxalif partiyaları Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və "İYİ Parti" seçkilərdə vahid namizəd kimi sabiq dövlət başçısı Abdullah Gülün prezidentliyə namizədliyini irəli sürə bilərlər.

Trend-in məlumatına görə, həftəsonu CHP və "İYİ Parti" A.Gülün prezidentliyə namizədliyini elan edə bilərlər.

A.Gül isə bu informasiyanı hələ şərh etməyib.

Xatırladaq ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri bu il iyunun 24-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti