...

Ərdoğan: Növbədənkənar seçkilər Türkiyə xalqının tələbidir

Dünya xəbərləri Materials 27 Aprel 2018 16:22 (UTC +04:00)
Növbədənkənar parlament və prezident seçkiləri Türkiyə xalqının tələbidir.
Ərdoğan: Növbədənkənar seçkilər Türkiyə xalqının tələbidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Növbədənkənar parlament və prezident seçkiləri Türkiyə xalqının tələbidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, onun üçün xalqın maraqları daha vacibdir.

R.T.Ərdoğan deyib ki, seçkilərdən sonra Türkiyə daha güclü ölkə olacaq.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçiriləcək parlament və prezident seçkilərində 11 siyasi partiya iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti