Bakı. Trend:
Qvatemala prezidenti Cimmi Morales Qüdsdə səfirliyin açılışı ilə bağlı İsrailə səfər edib.
Trend-in məlumatına görə, Təl-Əvivdən Qüdsə keçirilmiş Qvatemala səfirliyinin açılışı mayın 16-da baş tutacaq.
Səfəri çərçivəsində C.Morales İsrail prezidenti Reuven Rivlin və baş nazir Benyamin Netanyahu ilə görüşəcək.
Xatırladaq ki, ABŞ səfirliyi Qüdsdə fəaliyyətə başlayıb. Bu barədə qərar isə ötən ilin dekabrında verilmişdi.