Bakı. Trend:
ABŞ-ın Havay ştatında "Kilauea" vulkanı oyanıb.
Trend-in məlumatına görə, vulkanın püskürməsi ilə əlaqədar artıq bir neçə rayonda əhalinin məcburi təxliyəsi aparılıb. Sakinlərə gün ərzində yaşadıqları yerləri tərk etmək tapşırığı verilib.
Qeyd olunur ki, "Kilauea"nın püskürməsi ilə əlaqədar Havay adalarının bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub.