Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69-a çatıb (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 5 İyun 2018 07:40 (UTC +04:00)

Bakı. Trend:

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Qvatemalanın Məhkəmə Elmləri İnstitutundan bildiriblər.

İnstitutun məlumatına əsasən, daxil olan 69 cəsəddən yalnız 17-nin kimliyi müəyyən edilib. Ğn çox insan ölümü - 54 - Eskuintla departamentində qeydə alınıb. Daha 9 nəfər Sakatepekes departamentində həlak olub.

Vulkan püskürməsi nəticəsində 46 nəfər yarlanıb, 3,26 min insan təxliyə edilib, 1,68 min insan isə müvəqqəti sığınacaqlaya yerləşdirilib.

XXX

04:40

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidmətin nümayəndəsi David de Leon bildirib.

XXX

01:16

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 62 nəfər çatıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Qvatemala hakimiyyətinin rəsmi nümayəndəsi bildirib.

Milli məhkəmə tibbi institutunun rəsmi nümayəndəsi Mirna Seledon bildirib ki, həlak olanlardan yalnız 13-nün kimliyi müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl 38 nəfərin öldüyü bildirilirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti