...

Əfqanıstanda Taliban hücumu - 20 polis öldürülüb

Dünya xəbərləri Materials 9 İyun 2018 14:10 (UTC +04:00)
Əfqanıstanın şimalında Taliban silahlılarının hücumu nəticəsində ən azı 20 polis öldürülüb.
Əfqanıstanda Taliban hücumu -  20 polis öldürülüb

Bakı. Trend:

Əfqanıstanın şimalında Taliban silahlılarının hücumu nəticəsində ən azı 20 polis öldürülüb.

Trend-in məlumatına görə, insident Kunduz vilayətində gecə saatlarında baş verib.

Vilayət qubernatoru toqquşma nəticəsində 8 silahlının da öldürüldüyünü xəbər verib.

Qeyd edək ki, Əfqanıstan preizdenti Əşrəf Qani iyunun 11-dən 19-a qədər Ramazan bayramı münasibətilə Talibanla atəşkəs elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti