...

KXDR və ABŞ amerikalı əsgərlərinin qalıqlarının repatriasiya məsələsini müzakirə edəcək

Dünya xəbərləri Materials 15 İyul 2018 10:12 (UTC +04:00)
KXDR və ABŞ nümayəndə heyətləri bazar günü Pxanmuncom sərhəd nöqtəsində görüşüblər.
KXDR və ABŞ amerikalı əsgərlərinin qalıqlarının repatriasiya məsələsini müzakirə edəcək

Bakı. Trend:

KXDR və ABŞ nümayəndə heyətləri bazar günü Pxanmuncom sərhəd nöqtəsində görüşüblər. Görüş zamanı Koreya yarımadasında müharibə zamanı həlak olmuş ABŞ qoşunlarının əsgərlərinin qalıqlarının repatriasiyası məsələsi müzakirə olunacaq.

Əvvəlcə danışıqlar iyulun 12-də keçirilməli idi, lakin Şimali Koreya görüşə kifayət qədər hazırlıqlı olmadığı üçün görüşü təxirə salıb.

7,7 min ABŞ əsgəri 1950-1953 illərdə Koreya müharibəsindən sonra itkin düşmüş hesab edilirlər. Pentaqonun verdiyi məlumata görə, KXDR nümayəndələri 200 nəfər ABŞ hərbiçilərinin qalırlarının onlarda olduğu haqda xəbər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti