Bakı. Trend:
Misir vətəndaşı olmaq üçün 7 milyon Misir funtu (təxminən 400 min dollar) tələb olunur.
Trend-in məlumatına görə, Misir Parlamentinin qanunvericiliyə etdiyi son dəyişikliklə bu, mümkün olacaq. Belə ki, xarici vətəndaş Misirdə bu məbləğdə investisiya yatırmaqla ölkənin vətəndaşlığını ala bilər.
Bununla yanaşı, həmin şəxsin fasiləsiz olaraq Misirdə 5 il yaşaması da vacib şərt olaraq qeyd edilir.