...

Əfqanıstanda dövlət başçısı çıxış edən zaman Prezident iqamətgahına raket atılıb

Dünya xəbərləri Materials 21 Avqust 2018 10:06 (UTC +04:00)
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.
Əfqanıstanda dövlət başçısı çıxış edən zaman Prezident iqamətgahına raket atılıb

Bakı. Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.

Bu barədə Trend Əfqanıstanın "Tolo news" telekanalına istinadən məlumat verir.

Hücum yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:30) qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.

Təfərrüatlar və xəsarət alanlar barədə hələ məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti