...

Serj Sarkisyanın qohumu da beynəlxalq axtarışa verilib

Dünya xəbərləri Materials 21 Avqust 2018 13:59 (UTC +04:00)
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib
Serj Sarkisyanın qohumu da beynəlxalq axtarışa verilib

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

Trend-in Ermənistan mətbuatına istinadən məlumatına görə, bunu ölkə polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında deyib.

O bildirib ki, N.Sarkisyanın həbs olunması üçün xarici həmkarlarla fəal əməkdaşlıq aparılır.

Xatırladaq ki, Narek Sarkisyan və onun mühafizəçisi iyul ayının əvvəlində ölkədaxili axtarışa verilmişdi. O, qanunsuz silah və narkotik saxlamaqda ittiham olunur.

Bundan başqa, N.Sarkisyanın yaxın dostu polis tərəfindən saxlanılıb. Ondan narkotik və silahla dolu çamadan müsadirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti