...

Sakit okeanda güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 Avqust 2018 08:31 (UTC +04:00)

Bakı. Tural Turan - Trend:

Saki okeanda Yeni Kaledoniya sahillərində 7.0 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla 3:51-də (7:51) qeydə alınıb.

Zəlzələnin episentri Hanter adasından 212 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində sunami təhlükəsi, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti