...

ABŞ-da sutəmizləyici stansiyada partlayış olub: 10 yaralı

Dünya xəbərləri Materials 31 Avqust 2018 05:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Çikaqo şəhərində "Metropolitan Water Reclamation District (MWRD)" sutəmizləyici stansiyasında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində müəssisənin dam örtüyü uçub. Hadisə yerinə gələn xilasedicilər dağıntılar altında qalmış 2 nəfəri xilas edib.

Məlumata əsasən, ümumilikdə partlayış və dam örtüyünün üçması nəticəsində 10 nəfər müxtəlif dəərcəli xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti